Buffon: "İngiltərə favorit deyil"

İtaliya millisinin qapıçısı Canluici Buffon dünya çempionatında öz qruplarında yer alan İngiltərə yığması haqda danışıb. Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiper "Sky Sports"a açıqlamasında İngiltərə millisinin qrupun favorit olmadığını bildirib: "İngiltərə qrupun favoriti deyil. Son zamanlar bu komandada böyük dəyişikliklər baş verib. Əgər balansı qorusalar, istənilən komandaya problem yarada bilərlər. Ancaq ingilisləri turnirin favoriti kimi görmürəm".

Qeyd edək ki, D qrupunda İtaliya, İngiltərə, Uruqvay və Kosta-Rika yığmaları mübarizə aparacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31