Şenol Günəş "Bursaspor"da
29 May 2014 15:53 İdmanTürkiyə millisinin keçmiş baş məşqçisi Şenol Günəşlə "Bursaspor" arasında razılıq əldə olunub. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssislə görüşən klub nümayəndələri onu Türkiyə superliqa təmsilçisində çalışmağa razı salıblar. Qarşıdakı günlərdə imzalanacaq müqavilənin müddəti barədə açıqlama veriləcəyi bildirilib. Qeyd edək ki, Ş.Günəş son olaraq 2009-2013-cü illərdə "Trabzonspor"u çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31