“Xəzər Lənkəran” birinci, “Neftçi” üçüncü
29 May 2014 14:18 İdmanTopaz Premyer Liqasının 2013/2014 mövsümünün bir sıra statistik məlumatları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, İnStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikada topa ən çox nəzarət edən komanda "Qarabağ" olub. Ağdam futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər. Hücum sayında "Neftçi" digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə). Qapılara zərbələrdə "Xəzər Lənkəran", "Bakı" və "Neftçi" fərqlənib - orta hesabla hər oyunda 15 zərbə. Ölkə çempionu olmuş "Qarabağ" ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə qoyub - müvafiq olaraq 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər oyunda). Azərbaycan kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion "Neftçi" oyun ərzində orta hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir. Gümüş mükafatçı "İnter" klubunun futbolçuları oyundankənar vəziyyətlərin sayına görə "fərqləniblər". Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.