Azərbaycan - Norveç oyununun hakimləri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib. Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Anatoli Abdula, onun köməkçiləri Oleq Plujnik, Sergey Bekker, dördüncü hakim isə Vitali Romanov təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31