“Mançester Yunayted” futbol klubunun sahibi vəfat etdi

"Tampa Bay Buccaneers"in verdiyi məlumata görə, İngiltərənin "Mançester Yunayted" futbol klubunun sahibi, 85 yaşlı Malkolm Qlazer vəfat edib. Qlazer ABŞ-ın Nyu-York şəhərində doğulub. Ailədə 7 uşaqdan biri olan Malkolm Qlazer atasının ölümündən sonra - 15 yaşında ikən təşkilatın sədrliyinə keçib. O, kariyerası ərzində mülkiyyətini artırmaqla məşğul olub. Dünyanın bir sıra tanınmış şirkətlərinin səhmlərini də əldə edə bilib. Qlazer 2005-ci ildə "Mançester Yunayted"i aldıqdan sonra klub 5 dəfə (2007, 2008, 2009, 2011 və 2013 illədə) İngiltərə premyer liqasının qalibi olub. Klub eyni zamanda 2008-ci ildə Çempionlar Liqasının da qalibi adını qazanıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31