Ronaldo Messini geridə qoydu

Dünyanın ən məşhur futbolçularının siyahısı müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 10 futbolçunun yer aldığı siyahıya Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo başçılıq edir. "Real" (Madrid) klubunun üzvü müxtəlif ölkələr üzrə aparılan araşdırmalara görə 83,9 faiz insanlar tərəfindən tanınıb. "Barselona"nın futbolçusu Lionel Messi (76,1) siyahıda ikinci, "Çelsi"nin forvardı Fernando Torres (59,6) isə üçüncü olub.

Dünyanın ən tanınmış futbolçuları bunlardır:

1. Kriştiano Ronaldo ("Real", Madrid, Portuqaliya) - 83,9 faiz

2. Lionel Messi ("Barselona", Argentina) - 76.1 faiz

3. Fernando Torres ("Çelsi", İngiltərə) - 59.6 faiz

4. Xerard Pike ("Barselona", İspaniya) - 58.1 faiz

5. Ueyn Runi ("Mançester Yunayted", İngiltərə) - 55,8 faiz

6. Zlatan İbrahimoviç (PSJ, İsveç) - 55.8 faiz

7. Neymar ("Barselona", Braziliya) - 53.3 faiz

8. Andres İniyesta ("Barselona", İspaniya) - 52.8 faiz

9. Tyeri Anri ("Nyu-York Red Bulls", Fransa) - 51.6 faiz

10. İker Kasilyas ("Real", Madrid, İspaniya) - 49.4 faiz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31