"Real" onu transfer etmək istəyir, amma..."

"Yuventus" futbolçusu Arturo Vidalın "Real"ın maraq dairəsində olduğunu təsdiqləyib. Qol.Az-ın İtaliya mətbuatına istinadən  yaydığı xəbərə görə, klubun idman direktoru Marotta yarımmüdafiəçinin Madrid təmsilçisinin transfer hədəfində olduğunu deyib: "Real" Vidal ilə maraqlanır. Amma hələlik rəsmi təklif göndərməyiblər. Əgər Vidal burada qalmaq istəsə, onu satmayacağıq". Qeyd edək ki, A.Vidalla "Barselona"nın da maraqlandığı iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31