Tim Hovard: "Azərbaycanla oyun komandamızın xeyrinə olacaq"
27 May 2014 19:30 İdmanABŞ millisinin qapıçısı Tim Hovard sabah qarşılaşacaqları yığmamızla oyunöncəsi fikirlərini bildirib. Qol.Az-ın "Foxsports.com"a istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper Azərbaycanla oyunda yaxşı nəticəyə ümid etdiyini deyib:
"Yoldaşlıq oyunları komandamızın xeyrinə olacaq. Təlim-məşq toplanışları hər zaman ağır keçir. Çünki burada daha çox çalışmalısan. Qarşıda üç yoxlama oyunumuz var. Ümid edirəm ki, bu görüşlərdə ələ düşən fürsətlərdən maksimum yararlanacağıq və yaxşı oyun nümayiş etdirəcəyik".
Qeyd edək ki, ABŞ - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31