Totti: "Futbol oynayaraq ölmək istəyirəm"

"Roma"nın oyunçusu Françesko Totti gələcək karyerası haqda danışıb. Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli ulduz oyunçu hələ futboldan getmək fikrinin olmadığını deyib:

"Futbol oynayaraq böyümüşəm və eyni şeyi edərək də ölmək istəyirəm.  Futbol oynamağa davam edəcəm. Amma formadan düşdüyüm zaman futbolçu karyeramı başa vuracam. Yenə də futbolla məşğul olmağa davam edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31