"Bavariya" hücumçusu ilə müqaviləni yenilədi
27 May 2014 19:39 İdmanKlaudio Pizarro daha bir il "Bavariya"nın şərəfini qoruyacaq. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 35 yaşlı oyunçu Münhen təmsilçisi ilə bu ayın sonu başa çatacaq müqaviləni bir il müddətinə uzadıb.
Perulu futbolçu imzalanma mərasimindən bunları bildirib: "Bir il daha burada oynayacağım üçün qürur hissi keçirirəm. "Bavariya" dünyanın ən böyük klubudur".
Qeyd edək ki, K.Pizarro 2012-ci ildə "Verder"dən "Bavariya" klubuna transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31