Pele: "İlk dəfədir ki, "Braziliya millisinin müdafiəsi..."
27 May 2014 19:23 İdmanBraziliya millisinin canlı əfsanəsi Pele yenidən maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, "A Bola"ya danışan Pele tarixində ilk dəfə Braziliya millisinin müdafiəsinin hücum xəttindən güclü olduğunu bildirib: "Dieqo Kosta və Tiaqo Alkantara kimi futbolçular Braziliya millisində oynasaydı, yaxşı olardı. Mən onları heyətə daxil edərdim. Biz hər zaman Braziliya millisinin dünyanın ən güclü hücum xəttinə malik komanda olduğunu söyləmişik. Bu il bizim yarımmüdafiə və müdafiə xəttimiz yaxşı təsir bağışlayır. Braziliya tarixində ilk dəfədir ki, yığmanın müdafiəsi hücum xəttindən daha güclüdür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31