Yuri Syominin yeni klubu müəyyənləşdi

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin yeni klubu müəyyənləşib.  Qol.Az-ın "Sport-eskpress" qəzetinə istinadən yaydığı xəbərə görə, 67 yaşlı mütəxəssis yeni mövsümdən Rusiya Premyer Liqasında yarışacaq "Mordoviya"ya rəhbərlik edəcək.

Syomin qəzetin müxbiri ilə söhbətində Saransk şəhərini təmsil edən klubun prezidenti Sergey Siuşovla görüşdüyünü və razılığa gəldiklərini təsdiqləyib.

"Yaxın vaxtlarda "Mordoviya"nın baş məşqçisi olacağam. Bununla bağlı məsələyə bu gün nöqtə qoyulacaq" - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31