Sanya: "Mançester Siti" ilə müqavilə imzalamamışam"
27 May 2014 20:10 İdman"Arsenal" klubunun müdafiəçisi Bakari Sanya "Mançester Siti"yə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "Sky Sports"a danışan fransalı futbolçu heç bir klubla müqavilə imzalamadığını deyib: "Mançester Siti" ilə müqavilə imzalamışam? Yanlış məlumatdır. Heç bir klublar müqavilə imzalamamışam. Bu barədə dünya çempionatından sonra düşünəcəm. Karyeramı hansı komandada davam etdirəcəyimi özüm də bilmirəm".
Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31