Xorvatiya millisində ciddi itki
27 May 2014 20:22 İdmanGələn ay Braziliyada təşkil olunacaq dünya çempionatının iştirakçılarından olan Xorvatiya millisi ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından sayılan Niko Krancar zədəli olduğu üçün yığmanın heyətindən kənarlaşdırılıb. Xorvatiya Futbol Federasiyasının rəsmi internet saytından verilən məlumatda 29 yaşlı futbolçunun sağalma müddəti 1 və ya 1,5 ay davam edəcək. Bu səbəbdən Krancarın Braziliyada təşkil olunacaq mundiala aparılmayacağı dəqiqləşib.
Qeyd edək ki, Krancar Xorvatiya millisində keçirdiyi 81 oyunda 16 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31