AFFA "Neftçi"nin məşqçisini cəzalandırdı
27 May 2014 20:54 İdmanAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda qərara alınıb ki, mayın 22-də Azərbaycan kuboku uğrunda yarışın "Qəbələ" - "Neftçi" final matçının 90-cı dəqiqəsində "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılsın, klub 1000 manat cərimə olunsun.
Oyunun 104-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31