Olimpiya vitse-çempionumuz karyerasına son qoya bilər

Rövşən Bayramov 4 il sonra Braziliyada təşkil ediləcək mötəbər yarışa məşqçi kimi yollanmaq istəyir

"London Olimpiadasının gümüş medalçısı Rövşən Bayramov güləşçi karyerasına son qoya bilər". Bu barədə Apasport.az saytına Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Məhəmməd Əliömərov məlumat verib.O bildirib ki, 25 yaşlı pəhləvan növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək fikrində deyil. Çünki Bayramov 4 il sonra Braziliyada təşkil ediləcək mötəbər yarışa məşqçi kimi yollanmaq istəyir."Rövşənin növbəti Yay Olimpiya Oyunlarında 29 yaşı olacaq. Düşünürəm ki, həmin vaxt məşqçi postunda, yaxud digər vəzifədə işləyəcək. Onun məşqçiliyə keçmək istəyi böyükdür. Söhbət Rövşənin ardıcıl 2 olimpiya oyunlarının finalında uduzub, çempion ola bilməməyindən getmir. Rövşən çox istedadlı, ağıllı idmançıdır. Onun təcrübəsi böyükdür və yolunu gənclərə verə bilər", - deyə vitse-prezident bildirib.Xatırladaq ki, Bayramov 4 il öncə Pekində olduğu kimi, hazırda Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31