Ən çox azarkeşlik edilən idman növləri hansılardır?

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ),  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və region təhsil müəssisələrinin tələbələri arasında bu möhtəşəm idman tədbiri ilə bağlı keçirilən  rəy sorğusunun ilkin nəticələri bəlli oldu. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, ümumilikdə 105.000 tələbə-gəncin iştirak etdiyi sorğuda 24.182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12.472 nəfəri kişi, 11.714-ü isə qadındır. 4.048 nəfəri 18 yaş, 6.005 nəfəri 19 yaş, 9.612 nəfəri  20 yaş, 2.483 nəfəri isə 21 yaş həddindədir. Tələbələrdən 13.584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6.703 nəfəri kişi, 6.881nəfəri isə qadınlardır.  Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri voleybol, su idman növləri, bədii gimastika və velosipeddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31