"Fənərbaxça" brazilyalı ulduzla razılaşdı

Dieqo Ribas klubla 3 illik müqavilə bağlayır

 "Fənərbaxça" Dieqo Ribası ilə 3 illik müqavilə bağlayıb. Bu barədə İspaniya qəzetləri iddia edib. Futbolçunun eyni zamanda meneceri olan atası da bu barədə xəbəri təsdiqləyib.  Məlumatlara görə, ötən mövsümün ikinci yarısında "Atletiko Madrid"də forma geyən braziliyalı oyunçu artıq "Fənərbaxça" ilə razılaşıb. Dieqo gələn mövsümdən etibarən İstanbul təmsilçisinin formasını geyinəcək. Futbolçunun bu keçiddən nə qədər gəlir əldə edildiyi açıqlanmasada yaxşı maaş alacağı ehtimal olunur. 

Braziliyalı futbolçu Volfsburq ilə müqaviləsinin sona çatmasından sonra "Fənərbaxça"ya imza atacağı gözlənilir. "Fənərbaxça" Dieqo Ribasın Avropada forma geyindiyi altıncı klub olacaq. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31