Unai Emeri "Milan"ı çalışdıra bilər
26 May 2014 19:41 İdman"Sevilya" ilə Avropa Liqasını qazanan baş məşqçi Unai Emeri yeni mövsümdən İtaliya A Seriyasında çalışa bilər. Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis "Milan" klubundan təklif alıb. Milan təmsilçisi "Sevilya" ilə müqaviləsi başa çatan Emeriyə yüksək maaş təklif edib. Lakin məbləğin dəyəri açıqlanıb. İspaniyalı mütəxəssisin hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Emerinin yenidən "Spartak" (Moskva) klubuna qayıdacağı da istisna olunmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31