Podolski: "Arsenal"dan ayrılmağı düşünmürəm"
26 May 2014 19:51 İdman"Arsenal" klubunun hücumçusu Lukaş Podolski gələcək karyerası haqda açıqlama verib. Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan almaniyalı futbolçu "Arsenal"dan ayrılmaq istəmədiyini bildirib: "Hazırda "Arsenal"ın futbolçusuyam və bu, sabah da dəyişən deyil. Yəni London klubundan ayrılmağı düşünmürəm. Bu komandaya keçidim yaxşı addım oldu. Londonda çox xoşbəxtəm. Əgər zədəm olmasaydı, cari mövsüm daha yaxşı çıxış edərdim. Lakin heç bir futbolçu zədədən sığortalanmayıb".
Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-ci ildə "Köln" klubundan "Arsenal"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31