"Fransa millisinin çempionluğu möcüzə olar"

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının "DÇ-2014"dəki şanslarını dəyərləndirib. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssis deyib ki, komandasının dünya kubokunu qazanması möcüzə olar:

"Braziliyaya uğur əldə etmək üçün gedəcəyik. Ancaq bu turnirdə bizdən daha güclü komandalar var. Fransa üçün dünya çempionatı zəfərindən danışmaq çox tezdir. İspaniya başda olmaqla, bizdən 6-7 güclü yığma mundialda mübarizə aparacaq. Əgər kuboku qazansaq, bu, möcüzə olacaq".

Qeyd edək ki, Fransa millisi E qrupunda İsveçrə, Ekvador və Honduras yığması ilə mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31