“Onu satmaq intihara bərabər olar” - Mançini
26 May 2014 20:54 İdman"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini futbolçusu Uesli Sneyderin komandadan ayrılmasını istəmir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis klub rəhbərliyinə hollandiyalı yarımmüdafiəçinin satılmasının doğru olmayacağını bildirib:
"Sneyderə yeni mövsümdə ehtiyac olacaq. Onu satmaq intihara bərabər olar" - deyə Mançini klub rəhbərliyinə bildirib.
Buna cavab olaraq Mançiniyə Sneyderin satılmayacağı vəd olunub.
Qeyd edək ki, təcrübəli futbolçu üçün "Qalatasaray"a bir çox klubdan təklif göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31