"Kasilyas daha nəyi sübut etsin?"

" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzales sabiq komanda yoldaşlı Raul Qonzales haqda müsbət fikirlər səsləndirib. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Raul Kasilyasın "Real"ın Çempionlar Liqasını qazanmasında böyük rolu olduğunu bildirib: "Bir "Real" azarkeşi olaraq komandanın Çempionlar Liqasını qazanması məni çox sevindirdi. Kasilyas turniri yüksək səviyyədə keçirdi. Təəssüf ki, finalda şansız qol buraxdı. Bununla belə, İker "Real"ın finala qədər irəliləməsində böyük rol oynadı. O, daha nəyi sübut etsin? Bütün komanda və Kasilyas adına çox xoşbəxtəm". 

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Atletiko" (Madrid) klubuna 4:1 hesabı ilə qalib gələn "Real" tarixində 10-cu dəfə kuboka sahib çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31