Ramos: "Karyeramı "Real"da başa vurmaq istəyirəm"
26 May 2014 20:26 İdman"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu "AS" qəzetinə açıqlamasında karyerasını "Real"da başa vurmaq istədiyini bildirib: "Dünyanın ən yaxşı klubunun formasını geyinirəm. Əlbəttə, karyeramı elə bu komandada başa vurmaq istəyirəm. Ümid edirəm ki, bu, elə belə də olacaq. Burada özümü çox xoşbəxt hiss edirəm".
Qeyd edək ki, cari mövsüm 51 oyunda meydana çıxan Ramos 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31