Səudiyyə Ərəbistanı şahzadəsi London-2012-də medal qazandı

Abdulla Əl-Saud bürünc medal əldə edib

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında atçılığın konkur növü üzrə komanda yarışlarının qalibləri müəyyənləşib. AzərTAc xəbər verir ki, yarışın final mərhələsində Hollandiya millisini tay-brekdə məğlub edən Böyük Britaniya komandası qızıl medal qazanıb.Bürünc medala Səudiyyə Ərəbistanının komandası sahib olub. Yarışlarda Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla Əl-Saud da iştirak edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31