"Bu oyundan maksimum nəticə ilə ayrılmaq istəyirik"

Millimizin futbolçusu Cihan Özkara ABŞ yığması ilə oyun öncəsi fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, C.Özkara ABŞ yığması haqda kifayət qədər məlumatlarının olduğunu deyib:  Yurgen Klinsmanın komandası Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidir. ABŞ millisi üçün dünya çempionatı öncəsi son sınaqlardan biridirsə, bizim üçün güclü rəqiblə oyunda hazırlığımızın hansı səviyyədə olmasını bilməyimiz baxımından vacibdir. Təbii ki, hər birimiz çalışıb bu görüşdən maksimum nəticə ilə ayrılmaq istəyirik". 

Təcrübəli futbolçu onu da bildirib ki, oyun öncəsi komanda daxilində ab-hava çox yaxşıdır: "Toplanışımız yüksək səviyyədə təşkil olunub. Komanda daxilində ab-hava çox yaxşıdır. Tək çətinliyimiz saat fərqinin olmasıdır. Buna da uyğunlaşmağa çalışırıq. Məşqlərimiz çox intensiv şəkildə davam edir. Oyuna qədər tam hazır olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31