"Barselona"da yarımmüdafiə mövqeyinə beş namizəd
23 May 2014 20:41 İdman"Barselona" yay transferi pəncərəsində heyətinə yarımmüdafiəçi cəlb etməyə hazırlaşır. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, klubun yeni baş məşqçisi Luis Enrikenin istəyi ilə bu mövqəyə namizəd futbolçular müəyyənləşib. Bunlar Pol Poqba, Arturo Vidal (hər ikisi "Yuventus"), Koke ("Atletiko" Madrid), Luis Qustavo ("Bavariya") və Rafinyadır ("Selta").
Kataloniya təmsilçisinin yay transferi pəncərəsində həmin futbolçulardan birini heyətinə qatacağı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31