Güləşçilərin daxili transfer qaydaları açıqlandı
23 May 2014 15:54 İdmanAzərbaycan Güləş Federasiyası tərəfindən yunan-Roma, sərbəst və qadın güləşi üzrə idmançıların öz istəyi ilə şəxsi məşqçilərini, o cümlədən mənsub olduqları idman təşkilatlarını dəyişməsi barədə təlimat təsdiqlənib. "OLAYLAR"-ın xəbərinə görə, təlimatın şərtlərinə əsasən, bundan sonra yunan-Roma, sərbəst və qadın güləşi üzrə hər hansı bir idmançının şəxsi məşqçisinin və təmsil etdiyi idman təşkilatının digəri ilə dəyişdirilməsi və keçidi yalnız Azərbaycan Güləş Federasiyasının müvafiq qərarı əsasında həyata keçiriləcək. Bir idman təşkilatından digərinə keçid və məşqçi dəyişdirilməsi icbari qaydada Azərbaycan Güləş Federasiyasına müvafiq sənədlərlə müraciət olunduqdan sonra mümkün olacaq. Bu qaydalara əməl etməyən idmançılar AGF tərəfindən təşkil olunan yarışlara buraxılmayacaq.