Bakıda idman yarışlarında manipulyasiyaların qarşısının alınması məsələsi müzakirə edilib

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Daimi Komitənin Bakıda keçirilən iclasında "Mədəniyyət, elm, təhsil və media" mövzusunda hesabatla bağlı rəy müzakirə edilib. Hesabatda idman yarışları ilə bağlı mərc oyunları zamanı sui-istifadə hallarına yol verildiyi qeyd olunub. Hesabatda idman yarışmalarına dair sövdələşmələr, mərc oyunlarında sui-istifadə hallarının qarşısının alınması üçün bu sahədə Konvensiya qəbul olunması təklif edilib. AŞ PA prezidenti Anna Brassör UEFA və digər təşkilatların Konvensiyaya əlavə və düzəlişlərin hazırlanmasında aktiv iştiraklarına görə təşəkkür edib. O, idman sahəsində dələduzluğa qarşı mübarizənin zəruri olduğunu vurğulayıb.

Daimi Komitənin üzvü Liza Kristofersen futbol və digər idman yarışlarının manipulyasiyadan kənarda qalmasının zəruri olduğunu vurğulayıb. Daimi Komitənin üzvü Arkadio Tejera bildirib ki, idmanda manipulyasiyaların aradan qaldırılması üçün konkret qaydalar qəbul edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31