"Bavariya"nın futbolçusu "Mançester Yunayted"də
23 May 2014 12:35 İdman"Bavariya"nın oyunçusu Toni Kroos futbolçu karyerasını "Mançester Yunayted"da davam etdirəcək. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi "MY" ilə müqavilə imzalayıb. Bu transfer üçün "qırmızı şeytanlar" Münhen təmsilçisinə 27 milyon funt sterlinq ödəyib. "MY"nın qarşıdakı günlərdə bu transferi rəsmən açıqlayacağı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31