"Real"da zədəli futbolçuların son durumu

"Real"ın futbolçusu Kriştiano Ronaldo komanda ilə məşqlərə başlayıb.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədəli olduğu üçün bir müddət ayrı çalışan portuqaliyalı hücumçu dünən 20 dəqiqə komanda ilə birgə məşqlərdə iştirak edib.  Onun Çempionlar Liqasında "Atletiko" ilə final matçında oynayacağı gözlənilir. "Real"ın digər zədəli futbolçuları Pepe və Kərim Benzema isə komandadan ayrı çalışıb. Pepenin final iştirak etmək şanslarının az olduğu, Benzemanın isə böyük ehtimalla "Atletiko" ilə görüşdə meydanda olacağı bildirilir.

Qeyd edək ki, "Real" - "Atletiko" qarşılaşması sabah baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31