"Milan" heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, klub "Kyevo"nun qapıçısı Maykl Aqazzini transfer edib. 29 yaşlı qolkiperlə üç il müddətinə müqavilə imzalanıb. Qeyd edək ki, M.Aqazzini "Kyevo" ilə sözləşməsi cari mövsümün sonu başa çatacağı üçün "Milan" bu transferə təzminat ödəməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31