Premyer Liqamızda sonuncu turun ən yaxşıları müəyyənləşdi

Azərbaycan Premyer Liqasında sonuncu - 36-cı turun rəmzi komandası açıqlanıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən mövsümün son turunun ən yaxşı on birliyində aşağıda adları çəkilən futbolçular yer alıb.

Qapıçı - Pavels Doroşevs ("Neftçi")

Müdafiəçilər - Vanderson Skarduelli ("Xəzər Lənkəran"), Tyeqo de Xesus ("Xəzər Lənkəran"), Maksim Medvedev ("Qarabağ"), Tural Cəlilov ("Xəzər Lənkəran")

Yarımmüdafiəçilər - Fuad Bayramov ("İnter"), Benjamin Lambot ("Simurq"), Elnur Abdullayev ("Xəzər Lənkəran"), Vüqar Nadirov ("Qarabağ")

Hücumçular - Dieqo Madriqal ("İnter"), Ayaz Qasımov (AZAL)

Azərbaycan Premyer Liqasının 36-cı turunun ən yaxşı oyunçusu isə "İnter"in futbolçusu Dieqo Madriqal olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31