"Atletiko" "Real"ı məğlub etsə...

"Atletiko" Çempionlar Liqasında "Real"la final matçında qalib gələcəyi təqdirdə, yeni rekord müəyyənləşdirəcək. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu bu görüşdə qalib gəlsə, ÇL tarixində bir mövsüm ərzində ən çox qələbə qazanan klub olacaq.

Bundan başqa, Dieqo Simeonenin komandası "Real"ı məğlub edəcəyizaman  ÇL-in tarixində mövsümü məğlubiyyətsiz başa vuran altıncı klub olacaq.

Qeyd edək ki, Madrid təmsilçisi ÇL-də cari mövsümdə oynadığı 12 matçın 9-da qələbə qazanıb, 3-də bərabərə qalıb.

Əlavə edək ki, "Real" - "Atletiko" görüşü mayın 24-ü baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31