Löv: "Gələcək karyeram "DÇ-2014"dən asılıdır"
22 May 2014 20:12 İdmanAlmaniya millisinin baş məşqçisi Yoahim Löv komandadakı gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis "goal.com"a açıqlamasında "DÇ-2014"dən sonra yenidən komanda ilə danışıqlara başlayacağını bildirib: "Çox gözəl anlayıram ki, işimə komandanın dünya çempionatındakı çıxışına əsasən qiymət veriləcək. Yəni, gələcək taleyim "DÇ-2014"dən asılıdır. Mundialdan sonra rəhbərliklə yenidən masa arxasına oturacağıq. Ancaq bu sonranın işidir. Hazırda isə bütün diqqətimi dünya çempionatına yönəltmişəm".
Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya millisini çalışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31