Martino Paraqvay millisini çalışdıra bilər

"Barselona" klubu ilə yolları ayrılan Xerardo Martino yenidən Paraqvay millisini çalışdıra bilər. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Paraqvay Futbol Federasiyası yenidən argentinalı mütəxəssislə işləmək qərarına gəlib.

51 yaşlı mütəxəssisin də bu təklifi müsbət qarşıladığı bildirilir. Tərəflər arasında danışıqlar müsbət nəticələnərsə, Martinonun növbəti iş yeri məhz Paraqvay yığması olacaq.

Qeyd edək ki, Martino 2006-2011-ci illərdə Paraqvay millisini çalışdırıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31