Van Persi dünya çempionatını buraxa bilər
22 May 2014 20:50 İdmanHollandiya millisi və "Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi Braziliyada keçiriləcək dünya çempionatından kənarda qala bilər. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu yığmanın son məşqində zədələnib.
Dizindən zədə alan 31 yaşlı futbolçunun son durumu hələlik məlum deyil. Van Persinin qarşıdakı mundialda iştirak edib-etməyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Uruqvay millisinin hücumçusu Luis Suarez də zədə səbəbindən dünya çempionatını buraxa bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31