"Bordo" Zidandan imtina etdi
22 May 2014 11:52 İdman"Bordo" "Real"ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi Zinəddin Zidanı transfer etməkdən imtina edib. Qol.Az-ın məlumatına görə, Fransa klubunun prezidenti Luis Traud Zidanı "Bordo"ya gəlməyə razı sala bilmədiklərini deyib. Bu səbəbdən o, başqa məşqçi axtarışlarına başladıqlarını bildirib: "Nə qədər çalışsaq da, Zidanı "Bordo"da işləməyə razı sala bilmədik. O, "Real"a çox bağlıdır. 11 ildir Madriddə yaşayır. Əminliklə söyləyə bilərəm ki, yeni mövsüm "Bordo"nun baş məşqçisi Zidan olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31