"Monako" "Arsenal"ın futbolçusunu istəyir

"Arsenal" klubunun daha bir müdafiəçisi komandanı tərk edə bilər. Qol.Az-ın "France Football"a istinadən verdiyi məlumata görə, Bakari Sanyanın ardından Loran Koselninin də komandadan ayrılacağı iddia olunur. Fransız futbolçu ilə "Monako" klubu yaxından maraqlanır. Fransa təmsilçisi Koselni üçün 18 milyon avrosundan keçməyə hazırdır. "Arsenal"ın razılıq verəcəyi təqdirdə 28 yaşlı futbolçu yeni mövsümdən "Monako"da çıxış edəcək.

Qeyd edək ki, Koselninin "Arsenal"la 2017-ci ilə qədər müqavilə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31