London-2012: Azərbaycan 44-cü, Türkiyə 61-cidir

London Olimpiadasının 10-cu yarış günündə aktivinə medal yazdıra bilməyən Azərbaycan medal qazanan ölkələrin siyahısında Hindistan və Belçika ilə birgə 44-46-cı yerləri bölüşür. "OLAYLAR" Olimpiya.az saytına istinadən xəbər verir ki, olimpiadada ümumilikdə 70 dövlətin təmsilçiləri fəxri kürsüyə yüksəliblər. Medalların siyahısına Çin başçılıq edir: 31 qızıl, 19 gümüş, 14 bürünc. ABŞ ikinci (29 qızıl, 15 gümüş, 19 bürünc), Böyük Britaniya isə üçüncüdür (18 qızıl, 11 gümüş, 11 bürünc). Qeyd edək ki, nəhayət, Türkiyə yığması da Londonda ilk medalını qazanıb. Qardaş ölkənin idmançısı bürüncə sahib çıxdığından, Türkiyə 61-70-ci yerləri bölüşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31