"Qəbələ" - "Neftçi" matçının hakimləri müəyyənləşdi
22 May 2014 11:20 İdmanAzərbaycan kubokunda bu gün baş tutacaq "Qəbələ" - "Neftçi" final matçını idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Əliyar Ağayevə tapşırılıb.
22 may
"Qəbələ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31