Salif Ballo “Simurq”da qaldı
21 May 2014 19:55 İdman"Komandamla yenidən razılığa gəlmişəm". Bunu apasport.az saytına açıqlamasında "Simurq"un hücumçusu Salif Ballo deyib. Mövsüm bitdikdən sonra komandadan gedəcəyi gözlənilən malili forvard gələn mövsüm də əyalət təmsilçisinin şərəfini qoruyacağını bildirib: "Düzdü "Simurq"da yaxşı çıxış etmədim. Amma gələn mövsüm ümidləri doğruldacağıma inanıram. "Simurq"la bir illik müqavilə imzalayacağam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31