Mançini: "Balotellinin transferini istəyirəm, ancaq..."
21 May 2014 20:10 İdman"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini "Milan"ın hücumçusu Mario Balotellini transfer etmək istədiklərini bildirib. Qol.Az-ın məlumatına görə, "Fanatik" qəzetinə açıqlamasında italiyalı mütəxəssis sabiq futbolçusunun "Milan"dan ayrılacağına inanmadığını deyib:
"Balotellini çox istəyirəm. Yaxşı futbolçudur, ancaq onun "Milan"dan ayrılacağına inanmıram. Onun Türkiyəyə gəlməsi üçün çox gənc olduğunu düşünürəm. Qarşıdakı illərdə Balotellinin Türkiyədə oynaması mümkün ola bilər".
Qeyd edək ki, Mançini 2007-2008-ci illərdə "İnter"də Balotelli ilə birgə çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31