DÇ-2014-ə ciddi itki ilə gedirlər

Çili millisi bu il baş tutacaq dünya çempionatına ciddi itki ilə yollanacaq. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "Fiorentina"nın 28 yaşlı yarımmüdafiəçisi Mattias Fernandes dizindəki zədə səbəbindən "DÇ-2014"də iştirak etməyəcək.

M.Fernandes jurnalistlərə açıqlamasında sağ dizindən əməliyyat olunacağını deyib: "Buna görə də Braziliyaya getməyəcəm".

Qeyd edək ki, Çili yığması B qrupunda Avstraliya, Hollandiya və İspaniya ilə eyni qrupda yarışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31