Daha bir ulduz futbolçu ABŞ yolunda
21 May 2014 20:30 İdman"Milan" klubunun hücumçusu Robinyo yeni mövsümdən karyerasını Amerikada davam etdirə bilər. Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu ilə ABŞ-ın "Orlando" klubu yaxından maraqlanır.
30 yaşlı futbolçunun artıq Avropada oynamaq istəmədiyi bildirilir. Lakin Robinyo gələcək karyerası ilə bağlı qərar verməsi üçün bir qədər zamana ehtiyacı olduğunu açıqlayıb.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 30 oyunda 4 qol vuran Robinyo 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31