"Real" Benzemanın transfer qiymətini açıqladı
21 May 2014 20:44 İdman"Real" (Madrid) klubu bir sıra komandaların transfer hədəfində olan Kərim Benzemanın təzminat qiymətini açıqlayıb. Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, fransız futbolçunu transfer etmək istəyən klublar 49 milyon avrosundan keçməli olacaqlar.
Benzema ilə İngiltərənin "Arsenal" klubu yaxından maraqlanır. Lakin London təmsilçisinin bu məbləği ödəyib-ödəməyəcəyi hələlik məlum deyil. 26 yaşlı futbolçunun gələcək karyerasına dünya çempionatından sonra aydınlıq gələcək.
Qeyd edək ki, Fransa millisinin üzvü 2009-cu ildə "Lion"dan "Real"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31