Falkao dünya çempionatında oynayacaq
21 May 2014 11:57 İdmanKolumbiya millisinin futbolçusu Radamel Falkaonun dünya çempionatında iştirak edəcəyi dəqiqləşib. Qol.Az-ın məlumatına görə, Kolumbiya Futbol Federasiyası rəsmi saytı məşhur hücumçunun "DÇ-2014"də komanfasına kömək edəcəyini açıqlayıb. Onun qarşıdakı həftədən millinin təlim-məşq toplanışına qatılacağı bildirilib. Qeyd edək ki, "Monako"nun şərəfini qoruyan R.Falkao zədələndiyi üçün yanvar ayından yaşıl meydanlardan uzaq qalıb. Onun DÇ-2014-də iştirak etməcəyi iddia olunurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31