"Milan"ın hücumçusu "Monako"nun hədəfində
21 May 2014 11:54 İdman"Monako" klubu komandadan ayrılacağı gözlənilən Radamel Falkaoya əvəzləyici tapıb. Qol.Az-ın məlumatına görə, Fransa klubu "Milan"ın hücumçusu Mario Balotelliyə "elçi" düşüb. Baş məşqçi Klarens Zeedorfla münasibətləri korlanan qana əsilli italyan futbolçunun da "Milan"ı tərk etmək istədiyi bildirilir. 23 yaşlı futbolçu ilə danışıqlar müsbət nəticələnərsə, Balotelli yeni mövsümdən "Monako"nun şərəfini qoruyacaq. Qeyd edək ki, Balotelli ötən il "Mançester Siti"dən "Milan"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31