Heydər Əliyev turniri başa çatdı

 "AtaBank"nın dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan turnir başa çatıb. "OLAYLAR"-a daxil olan məlumata görə, "AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun və "Synergy" Group əməkdaşları arasında keçirilən mini futbol turnirində "No Name" komandası titulunu qorumağı bacarıb. Bu komanda yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, 1 ay davam edən uzun marafonda "No Name" birinci, VTB Bank" ikinci yeri tutduğu halda, "Gobustone" ilk "üçlüyü" bölüşüb. Çempiona 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31