Təhsil kuboku davam edir
20 May 2014 18:08 İdmanFutbol üzrə ali təhsil müəssisələri arasında keçirilən "Təhsil Kuboku" yarışının 1/8 mərhələsinin oyunları başa çatıb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 29 ali məktəbin futbol komandalarının mübarizə apardığı Kubokun 1/4 mərhələsinə 8 komanda çıxıb. Bunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetidir. Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Təhsil Kuboku" çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda baş tutub.